Sevgilisi Aslıhan Doğandan ayrıldığı iddia edilən futbolçu Arda Turan açıqlama yayıb. Keçən ilin mayından münasibət saxlayan cütlüyün ailə qurması gözlənilsə də, toy yubanır. İddia edilir ki, Arda Aslıhana ikisinin şəxsi fotolarını paylaşmamağı xahiş edib. Bundan sonra Aslıhan bütün fotoları silərək profilini bağlayıb və Ardadan evlilik barədə nə düşündüyünü soruşub. Futbolçu hələ evlənmək istəmədiyini dediyi üçün cütlüyün arası dəyib. Mediada cütlüyün ayrılma xəbərləri çıxandan sonra A.Turan Tvitterdə açıqlama yayıb:
"Həyatımızdakı hər şey yerindədir. Hər hansı bir problem yoxdur. Heç kimin də həyatlnda olmasın, inşallahş Sevgi, hörmət...".
Qeyd edək ki, bu, Arda və Aslıhan haqda çıxan ilk ayrılıq xəbəri deyil.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.