banner
banner

Sosİal

Leyla Əliyeva gənc istedadlarla görüşdü

Leyla Əliyeva gənc istedadlarla görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, «Baku» kafesində keçirilən görüşdə Heydər Əliyev Fondu və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr və müsabiqələrdə təmsil olunan, bu müsabiqələrin qalibləri olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak edib.

Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə edilib. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də bir sıra yeni layihələr nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına bir daha təkan verəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.