banner
banner

Şou

"Burak varlığıyla məni xoşbəxt edir" - Fahriye+fotolar

"Burak varlığıyla məni xoşbəxt edir" -
Bir müddətdir efirlərdən uzaq qalan türkiyəli aktrisa Fahriye Evcen geri qayıdır. Yeni filmdə çəkilən aktrisa "Hürriyət"ə müsahibə verib.
Axşam.az müsahibəni ixtisarla təqdim edir:
- Bir aktrisa kimi kəşf edilmə hekayəniz əsl Hollivud filmlərini xatırladır. Almaniyada yaşayırdınız, Türkiyəyə gəldiniz, Oya Aydoğanın verilişinə tamaşaçı kimi qatıldınız və kəşf edildiniz. Sonra "Yapraq dökümü"ndə çəkildiniz və tanındınız. 10 ildir şöhrət qazanmısınız. Bunun həyatınıza təsiri necə oldu?
- Kiçik yaşda ekrana gəlib, diqqət çəkmək möhtəşəm hissdir. Bir tərəfdən öhdəliklərin artır, bir tərəfdən də fərli olursan. İlk vaxtlarda çox izləyirdim, nəsə öyrənirdim. Bu həyatıma çox təsir etdi. 



- Hansı mənada?
- Həm öz, həm də başqalarının hisslərini izləməyi, anlamağı öyrəndim. 30 yaşım var. Bu illəri ən gözəl şəkildə yaşadım. Nə zövqümü, nə də təhslimi ikinci plana atmadım. İşimlə bağlı da çox diqqətli hərəkət etdim, indi də bunu müsbət fərqini yaşayıram. Hər addımımda geridə gözəl işlər qoyuram. Mənim üçün ən önəmlisi də budur. Bununla yanaşı həyatımda varlığıyla məni xoşbəxt edən insan var, bunun əvəzi yoxdur.
- Söhbət sevgilinizdən düşmüşkən... Burak Özçivit də məşhurdur. Haqqınızda hər gün "Evlənirlər" xəbəri çıxır. Eyni aləmdə çalışmaq münasibəti qidalandırır, yoxsa mənfi yönləri var?
- Qidalandırır. Burak bu məsələdə mənə avantaj verir. Hər məsələdə onun fikrini soruşmağı sevirəm. Qərarlarına və müşahidələrinə çox inanıram.



- Ötən mövsüm efirdə olmadınız. Kenan İmirzalıoğlu yeni bir serialda rol alacaq. Sizi nə vaxt efirlərdə görəcəyik?
- Yaxın günlərdə televiziya və film sahəsində maraqlı layihələrim olacaq. Film üçün çəkilişlərə başladıq. Bundan əlavədə məni tez-tez görürsünüz. İşlədiyim iki firmanın simasıyam. Aktrisa kimi bu cür reklam işlərinin mənə xeyir gətirəcəyini düşünürəm. Çünki hər kampaniyada ayrı qadın oluram. Bu, özümü kəşf etmək kimi bir şeydi. 
- Müxtəlif səhifələrdə sizi "stil ikonası" kimi təqdim edirlər. Sizə bənzəmək istəyənlər nələr etməlidir?
- Adi gündə cins şalvar, sadə kofta ilə özümü rahat hiss edirəm. Ayaqqabı seçimim isə altıdüz olur. Mövsümün dəyişməsi ilə əlaqədar qısa gödəkcələr geyinirəm. Nəzərə çarpmayacaq qədər incə aksesuarlardan istifadə edirəm. Sağlam və parıldayan bir dəri, yüngül makiyaj, baxımlı görünən saçlar tərzimi tamamlayan amillərdir.



- Sizə Türkan Şoray da deyirlər... Tərzini örnək götürdüyünüz biri var?
- Yoxdur. sərbəst olmağı, hissetdiyim kimi geyinməyi seçdim. Dəbi izləməkdənsə, məni göstərən, yaraşan libaslar alıram. Hər qadının seçdiyi rəng qaradır. Mənim də sevdiyim rəngdir. Qara qısa paltar, dəri gödəkcə və dəri çəkmə qarderobumda mütləq olmalıdır. 



 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.