banner
banner

Hərbİ

İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib

İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib

Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə olub və əsgərləri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna "Yasin" oxunub.

Daha sonra aprel döyüşlərində iştirak edən əsgərlər və zabitlər bu döyüşlərlə bağlı xatirələri bölüşüblər.

El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.