banner
banner

Gündəm

“Rövşən Lənkəranski”nin qətli Moskva polisini hərəkətə keçirdi

“Rövşən Lənkəranski”nin qətli Moskva polisini hərəkətə keçirdi
Rusiya hüquq-mühafizə orqanları Türkiyənin İstanbul şəhərində “qanuni oğru” “Rövşən Lənkəranski”nin qətlindən sonra qanlı qarşıdurmaların qarşısını almaq üçün hərəkətə keçib.

“Qafqazinfo”nun “Rosbalt”a istinadən yaydığı məlumata görə, Moskva Cinayət Axtarışı İdarəsində struktur dəyişiklikləri aparılıb: “Hazırda MCAİ sistemində həm Qafqaz, həm də Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olan ümumi şöbə var. Belə desək, bu elementlər problemli kontingentdir. Qafqaz və Mərkəzi Asiyadan olan kriminal avtoritetləri izləmək üçün sadəcə qurumun əməkdaşlarının sayı yetərli deyil. MCAİ-də aparılan struktur dəyişikliklərindən sonra iki şöbə yaradılır ki, onlardan biri Qafqaz, digəri isə Mərkəzi Asiyadan olan kriminal elementlərlə məşğul olacaq. Eyni zamanda etnik qruplaşmalarla işləyən əməkdaşların sayı artacaq”. Bununla da Rusiyada kriminal avtoritetlərə qarşı böyük əməliyyatların aparılacağı bildirilir. 
 
Bu məlumatdan bir neçə gün əvvəl Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan “ qanuni oğru”ların iştirakı ilə “sxodka” baş tutub. Həmin kriminal “sxodka”da əsasən “Rövşən Lənkəranski”yə yaxın olan gürcü avtoritetlər iştirak ediblər.
 
Kriminal yığıncaq “Lənkəranski”nin yaxın dostu Merab Canqveladzenin (“Merab Suxumski”) rəhbərliyi altında keçirilib. “Sxodka” tanınmış oğrular Merab Baxiya, “Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ilə baş tutan ”sxodka"da “Rövşən Lənkəranski”nin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarıblar və bu qətldən sonra Rusiya paytaxtında yaranmış vəziyyəti müzakirə ediblər. “Sxodka”da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Bu mövzu müzakirə edilərkən slavyan mənşəli “qanuni oğru”lar - “Petrik” ləqəbli Aleksey Petrov, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Tyurik” ləqəbli Vladimir Tyurin hədəf seçiliblər. “Merab Suxumski” və ətrafı “sxodka”da slavyan “qanuni oğru”ların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən “təmizləməyə” çağırmışdı. Bu baxımdan MCAİ-dəki struktur dəyişikliklərini təsadüfi hesab etmək olmaz. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.