Əməkdar artist Mətanət İsgəndərli indiki uşaqlardan şikayətlənib.
Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni bunları deyib:
“Bizim vaxtımızda uşaqlar Şaxta babaya inanırdılar. İndiki uşaqlara yazığım gəlir. Şəxsən, mənim nəvəm evdə özü Şaxta baba paltarı geyinir. Onu heç nəyə inandırmaq olmur. Bilmirsən uşaqları nə ilə sevindirəsən. Deyirsən, aparım küçədə gəzdirim, getmirlər, evdə oturmaq istəyirlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.