banner
banner

Gündəm

Çili mətbuatında Qarabağ

Çili mətbuatında Qarabağ

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə cavab olaraq 6 sentyabr tarixində Azərbaycan Respublikasının Çilidəki Diplomatik Missiyası tərəfindən Çilinin ən aparıcı və geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli Bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc etdirilib.

 

Məqalələrdə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi”  ilə bağlı 15-18 sentyabr tarixində Xankəndidə beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsi olduğu bildirilir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.

 

Həmçinin, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət etdiyi vurğulanaraq, qondarma rejimin “müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırılır.

 

Məlumat Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.