Devid Kemeron Liviyaya müdaxiləyə görə təqsirləndirilir
Britaniyalı millət vəkillərinin bildirdiyinə görə Müəmmar Qəzzafinin devrilməsindən sonra Britaniya hökuməti Liviyanın gələcəyini düzgün hesablamayıb
Britaniya parlamentinin hesabatında 2011-ci ildə Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş Britaniya və Fransa müdaxiləsi tənqid edilir.
Xarici işlər komitəsi həmin vaxt baş nazir olmuş Devid Kemeronu hava əməliyyatlarını həyata keçirmək üçün düzgün planın olmamasında ittiham ediblər.
Hesabatda deyilir ki, müdaxilə "düzgün kəşfiyyat məlumatları alınmadan" həyata keçirilib və Şimali Afrikada özünü İslam Dövləti adlandıran qruplaşmanın baş qaldırmasına səbəb olub.
Britaniya hökumətinin bildirdiyinə görə, müdaxilə ilə bağlı beynəlxalq qərar olub.
Müdaxilə ilə bağlı Ərəb Liqası çağırış edib və BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilib, Britaniya Xarici İşlər Nazirliyi bildirib.
Liviyaya müdaxiləyə Fransanın keçmiş prezidenti Nicolas Sarkozi və Britaniyanın keçmiş baş naziri Devid Kemeron rəhbərlik edib
Britaniya və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2001-ci ilin mart ayında
Müəmmar Qəzzafiyə qarşı hava və raket atəşi kampaniyasına başlayıb.
Lakin Qəzzafinin devrilməsindən sonra Liviyada zorakılıq hökm sürüb, bir-birinə müttəfiq olan hökumətlər və özünü İslam Dövləti adlandıran qruplaşma da daxil olmaqla yüzlərlə silahlı qruplaşma formalaşıb.
Cənab Kemeron müdaxiləni müdafiə edərək bildirib ki, Qəzzafi "Benqazi şəhərində insanlara hücum edir və öz xalqını siçan kimi qırmaqda hədələyirdi".
Lakin xarici işlər komitəsi bildirib ki, hökumət "dinc sakinlərə qarşı təhlükənin şişirdilməsini müəyyənləşdirə və eyni zamanda "üsyançıların arasında silahlı islamçı ekstremistləri" aşkar edə bilməyib (BBC).
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.