Ermənilər Ağdamın kəndlərini qumbaraatandan atəşə tutdular
Ermənistan silahlı birləşmələri hər dəfə cəbhə xəttini yarmağa uğursuz cəhdlərindən sonra təmas xəttində yerləşən kəndləri hədəf alır.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün axşam saatlarında qarşı tərəf Ağdamın təmas xəttində yerləşən bir neçə kəndini iri çaplı silahlardan və partlayıcı mərmilərdən atəşə tutub.
Təqribən 20 dəqiqəlik gülləbaran nəticəsində rayonun Çıraqlı və Orta Qərvənd kəndlərindəki evlərə ziyan dəyib. Atılan mərmilərdən bir neçəsi Çıraqlı kənd sakini Mötəbər Yəhya oğlu Şükürovun həyətyanı sahəsinə düşüb.
Nəticədə evin pəncərələri sınıb. Digər bir mərmi isə kənd sakini Aqil Aslanovun evinin qarşısına çəkilmiş istinad divarına dəyib.
Partlayış nəticəsində hasarın bir hissəsi uçub. Kənd bələdiyyəsindən əldə etdiyimiz məlumata əsasən Çıraqlı kəndinə 11, Orta Qərvənd ərazisinə isə 15 mərmi düşüb. Kənd sakinləri arasında ölən və ya yaralanan yoxdur.
Hadisə yerinə rayon rəsmləri və polis şöbəsinin əməkdaşları da gəlib. Hazırda dəymiş ziyan araşdırılır.
Qeyd edək ki, hadisə yerindən tapılmış mərmi qalıqları, həmçinin hasarda yaranmış dəlik atəşin SSRİ/Rusiya istehsalı olan RPQ-7 əl qumbaraatanından açıldığını göstərir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.