banner
banner

Gündəm

Şəhid ailələrinə daha bir GÜZƏŞT: qanun dəyişdirilir

Şəhid ailələrinə daha bir GÜZƏŞT:

Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir.

Bu barədə Cia.az-a Milli Məclisdən məlumat verilib.

Məlumata görə, bununla bağlı məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 1-ci maddəsinin ikinci hissəsinə təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsinin üzvü hesab edilmə halları artırılır.

 

Təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

 

Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

 

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, “texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri” sözləri “ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini” sözləri ilə əvəz edilir.

 

Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılır.

 

Belə ki, təklif edilən dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunurlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.