Yol polisi ilk dərs günü problem yaşadı - AÇIQLAMA
Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Bu səbəbdən yollarda əvvəlki günlərdən fərqli olaraq nəqliyyatın sıxlığı müşahidə olunur. Söhbət paytaxt yollarından gedir. Bəs yollarda yaranan sıxlıq necə tənzimlənir?
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında paytaxtdakı sıxlıqla bağlı bunları deyib.
“Dərs gününün başlanması ilə əlaqədar yollarda intensivlik artıb. Azyaşlılar, tələbələr dərsə, müəllimlər işə gedir. Bu intensivliyi nəzərə alaraq, məktəblərə yaxın yol kənarında avtomobillərin saxlanmasının qarşısını almağa çalışırıq. Çünki avtomobillərin qanunsuz yerlərdə saxlanılması tıxaclara yol açır. Hələ ötən il də Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq edilmişdi. Bu məhdudiyyətlər hələ də qüvvədədir. Ona nəzarət bu ilin sentyabr ayının 15-dən daha da gücləndirilib. Çünki həmin müddətdə şəhərə axın da çoxdur. Bunların hamısını sürücülərin diqqətə almasını tövsiyə etmişdik. Sağ olsunlar ki, bunu nəzərə alanlar da var, almayanlar da. İnsafsız sürücülərimizin sayı bir qədər artıq olanda nəqliyyatda sıxlığın yaranmasına gətirib çıxarır”.
Kamran Əliyev yeni dərs ili ilə bağlı yollarda ciddi problemin olmadığını xüsusi vurğulayaraq deyib ki, nəqliyyatın tənzimlənməsi mütəmadi baş verəcək.
“Bu il elə də ciddi problem yoxdur. Hər il sentyabrın 15-də bir günlük yaşanan anları bu il də yaşayırıq. Düşünürük ki, bu məsələyə sürücülərimiz bir az diqqətlə yanaşacaqlar və sıxlığın aradan qaldırılmasında yol polisinə yaxından kömək edəcəklər. Nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı daim yol polisi tərəfindən işlər görülür. Nəqliyyatın intensiv hərəkət etdiyi yollarda əməkdaşlarımızı müşahidə etmiş ola bilərsiniz. Əməkdaşlarımız nəqliyyat vasitələrinin qanunsuz yerlərdə dayanmasına icazə vermirlər ki, yollarda sıxlıq yaranmasın. Sözsüz ki, bu işlər sıxlığın ən gur olan vaxtı- həm səhər, həm də axşam vaxtlarında həyata keçirilir. Bir sözlə, yol polisi nəqliyyatın rahat və təhlükəsiz hərəkətini tənzimləyir. Bu, sıxlıq yarana biləcək bütün ərazilərdə təyin olunub. Xidmət davam etdirilir. Bu bir gün yox, mütəmadi olacaq”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.