Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində olub.
Bu barədə Cia.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə naziri ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib. Ərazinin xüsusiyyətləri nəzərə alınmaqla Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni daxil olan daha güclü və davamlı müasir tipli döyüş texnikası və hərbi nəqliyyat vasitələrinə baxış keçirilib.
“N” saylı hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraiti yoxlanılıb, ərazidəki digər infrastruktur sahələrinə baxış keçirilib. Nazir əsgərlərlə birlikdə nahar edib.
Müdafiə nazirinin rəhbərliyi altında Ordunun komandanlıq heyəti ilə xidməti müşavirə keçirilib.
Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu döyüş tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıran nazir coğrafi baxımdan strateji əhəmiyyətli məkanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının, hərbi intizamın və sosial-məişət şəraitinin yüksək səviyyədə olduğunu bir daha qeyd edib.
Müdafiə naziri ölkə və muxtar respublika rəhbərliyinin daim diqqəti ilə əhatə olunan Ordunun silahlanmasında ən müasir döyüş texnikası, silah-sursat, rabitə, kəşfiyyat-müşahidə və digər müdafiə əhəmiyyətli hərbi cihaz və avadanlıqların olduğunu xüsusi vurğulayıb.
Müşavirənin sonunda Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığında yüksək nəticələr əldə etmiş, hərbi xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya müdafiə nazirinin əmri ilə medallar və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.