Amerikalı elm adamları yeməkdən əvvəl iki stəkan su içənlərin içməyənlərə nisbətən daha çox arıqladığına dair bir araşdırma aparıb.
Cia.Azdeyerler.org-a istinadən bildirir ki, Virciniya əyalətində aparılan təcrübədə iki ayrı qrupa ayrılan 48 fərdin su içmə vərdişləri və kiloqramları izlənilib. Elm adamları, yeməkdən əvvəl iki stəkan su içənlərin orta hesabla 2 kiloqram 300 qrama yaxın arıqladığını deyir. Ancaq həkimlər, sıfır kalori mədə dolduran suyu çox da içməmək lazım olduğunu, çünki çox miqdarda su içməyin sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edir. Təcrübədə ilk qrup aşağı kalorili bir pəhriz tətbiq etməsinə qarşı yeməklərdən əvvəl iki stəkan su içmədi. Digər qrup isə, yenə eyni aşağı kalorili pəhrizlə qidalanaraq həmçinin yeməkdən əvvəl iki stəkan su içdi.12 həftəlik müddət bitəndən sonra, su içənlərin təxminən 7 kiloqram, digər qrupun isə 5 kiloqramdan bir az zəiflədiyi üzə çıxdı. Təcrübədə iştirak edənlər 55 ilə 75 yaşları arasında idi. Təcrübənin keçirildiyi Virciniya Texniki Universitetindən Professor Brenda Dey, heç bir kaloriyə malik olmayan suyun nahar ərəfəsində toxluq hissi yaradaraq arıqlamağa kömək etdiyini söyləyir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.