banner
banner

Gündəm

Rövnəq Abdullayev 3 qardaşı təbrik etdi

Rövnəq Abdullayev 3 qardaşı təbrik etdi

2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan əkiz qardaşları – Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyevi BANM-də “15 sentyabr – Bilik günü” ilə bağlı keçirilən  təntənəli tədbirdə SOCAR-ın prezidenti, millətvəkili Rövnəq Abdullayev təbrik edib.

SOCAR-ın prezidenti qardaşları həm BANM-in tələbəsi adını qazanmaları, həm də 2016/2017-ci tədrisilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adına layiq görülmələri münasibətilə bir daha təbrik edərək təhsildə uğurlar arzulayıb.

Eyni zamanda, Rövnəq Abdullayevə əkizlərin böyük qardaşı –BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevi 2015/2016-cı tədris ili ərzində semestrlərdə yüksək nəticə göstərərək Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülməsi münasibətilə də təbrik edib. 

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayaraq ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçiblər və Ali Məktəbin tələbəsi olublar. Əkizlərin qardaşı Rəşad Nəzərəliyev də BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-in tələbəsidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.