Azərbaycanın işğal olunmuş ərazisində yaralanmış erməni hərbçi Volodya Arutyunyanın vəziyyəti ağır olaraq qalır. ANS PRESS-in məlumatına görə, hərbçi əməliyyat edilsə də onun vəziyyəti stabil ağırdır. Əsgərin ciyərləri və böyrəyi sıradan çıxıb. Erməni tərəfi daha iki hərbçisinin öldürülməsi xəbərini yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirlyinin ötən gün yaydığı məlumatında yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutması bildirilirdi.
Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcək.
Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.