banner
banner

Gündəm

Vaqif Əsədov: “Deputatı da cərimələyirik, məmuru da”

Vaqif Əsədov: “Deputatı da cərimələyirik, məmuru da”

“Bilərəkdən və ya bilməyərəkdən yol hərəkəti haqqında qanunun tələbinin pozulması inzibati xətadır və inzibati xəta törədən şəxs kimliyindən asılı olmayaraq (mövqeyindən, vəzifəsindən, cinsindən, irqindən və s.) məsuliyyətə cəlb edilir”.

Bunu Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov son vaxtlar vəzifəli şəxslərin, deputatların yol hərəkəti qaydalarını pozması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

DYP rəsmisi bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır və xəta törədirsə vəzifəli şəxslər, deputatlar da məsuliyyətə cəlb edilir: “Yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasına görə nəzarət gücləndirilib və bu, hadisələrin azalmasına təsir göstərib. İlin əvvəlindən bu günə qədər istər Respublika, istərsə də Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin bütün göstəricilərinə görə müsbətə dəyişiklik müşahidə edilir”.

V.Əsədov qeyd edib ki, yol-hərəkəti haqqında qanunun tələblərini pozanlara qanun tələbinə uyğun olaraq cərimə yazılır. Onun sözlərinə görə, cərimələrin tətbiq edilməsi kiminsə xoşuna gəlməyə bilər: “Hətta sıravi vətəndaşlar cərimə yazılan zaman aqressiya nümayiş etdirir. Onlar daha çox sərxoş vəziyyətdə olan sürücülərdir. Bəzən xanım sürücülər xanımlıqlarından istifadə edib, polis əməkdaşlarına qarşı sayğısızlıq edirlər. Bu cür münasibət xanımlara yaraşmır. Polis hər bir halda öz fəaliyyəti ilə nümunə göstərməyə hazırdır. Polislərin hər birində səs yazma qurğusu var. Üzbəüz dayanıb danışdığı şəxslə aralarında olan diskusiya qeydə alınır. Belə vasitələrin olduğu halda yol polisi əməkdaşının qanundankənar hərəkət etməsinə inanmıram. Polisə qarşı hər hansı qanunsuz hərəkət olarsa, qanunun tələblərinə uyğun olaraq həmin şəxs zərərsizləşdirirlir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır. Məlum olub ki, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinə məxsusdur. (azvision)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.