banner
banner

Gündəm

“Rövşən Lənkəranski” barədə kitab tənqidə məruz qaldı

“Rövşən Lənkəranski” barədə kitab tənqidə məruz qaldı
“Qanun” Nəşrlər Evində yeni kitab satışa çıxarılıb. Bu, Bəhram Çələbinin “Rövşən Lənkəranski” adlı kitabıdır. Kitab kriminal aləmdə sanballı avtoritetlərdən biri-"Rövşən Lənkəranski" kimi tanınan Rövşən Rafiq oğlu Canıyevin həyat və fəaliyyətindən bəhs edir.

Müəllif xatirələri toplamaq üçün Rövşən Canıyevi tanıyıb-bilənlərlə görüşüb, onların söylədiklərini bir araya gətirməyə çalışıb. Gənc olmasına baxmayaraq, kriminal aləmdə xüsusi çəkisi olan “Rövşən Lənkəranski” yalnız MDB məkanında deyil, Türkiyə, BƏƏ, İsrail və İtaliyada da hörmətli avtoritet kimi ad çıxarıb. 

Qeyd edək ki, kitab sosial şəbəkədə müzakirəyə səbəb olub, nəşriyyat daha çox tənqid edilib. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu isə sosial şəbəkə vasitəsilə tənqidlərə cavab verib: “”Rövşən Lənkəranski" haqqında yazılan kitabı nəşr etmək onun paylaşdığı dəyərləri təbliğ etmək məqsədi daşımır. Məqsəd bəzilərinin büt hesab etdiyi şəxslər haqqında reallıqları çatdırmaqdır. Həm də bütün təbəqələrin marağına uyğun olan çeşidli kitablar nəşr etməkdir. Dünyada ən əzazil, ən qəddar, hətta öz rəqibinin ətini yeyən adamlar haqqında belə kitablar yazılıb, bundan sonra da yazılacaq- bu o demək deyil ki, kitablar qəddarlığı və kannibalizmi təbliğ edir. Yaxşı söz var, çox oxuyan çox bilər. Bu faktdır ki, bilgili, məlumatlı cəmiyyət daha sağlam və daha təhlükəsiz mühit yarada bilir. Gözünü yumub kimisə lider elan etmək fanatizm əlamətidir. Oxuyun, bilin, sonra kiminsə bayraqdarına çevrilin. Hərçənd hər kəs öz bayraqdarına çevrilə bilsə, öz liderliyinə inansa daha yaxşı olar".
 
Ş.Xuduoğlu musavat.com-a açıqlamasında bildirib ki, kitab “Lənkəranski”nin ölümündən sonra yazılıb:“Müəllif Çələbi bu sahədə yazır. O, ”oğru aləmi"ndən, cinayətkar aləmdən, həbslərdən, həbs olunmuş, həyatını məhbəslərdə keçirən insanların həyatından kitablar yazır. Növbəti kitab da “Rövşən Lənkəranski” ilə bağlı oldu. Çünki onun ətraflnda çox böyük maraq olduğuna görə müəllif bu kitabı yazmaq qərarına gəldi və biz də nəşr etdik". Onun sözlərinə görə, kitab qısa zamanda yazılsa da, məlumatlarla zəngindir: “Kitabı özüm oxumamışam. Ancaq ilkin məlumatlar baxımından tanışam, müəllif haralara, nəyə istinad edib, həmin mənbələrə baxmışam. Məncə, xeyli yeni məlumatlar var”. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.