Həyat yoldaşı Bred Pitlə boşanma qərarı alan Ancelina Colinin aktyor atası Con Voyt ayrılıq qərarını şərh edib.
Axşam.az Sputnik-ə istinadən xəbər veir ki, 77 yaşlı aktyor qızının belə qərar verməsində ciddi bir səbəbin olduğunu deyib:
“Qızımı yaxşı tanıyıram. Olduqca üzücü bir hadisə baş vermiş olmalı ki, boşanmaq istəyir. Amma səbəbin nə olduğunu bilmirəm. Onlar üçün dua edirəm. Qızım və uşaqları üçün narahatam”.
Qeyd edək ki, uzun illər atası ilə küsülü olan Coli, 2007-ci ildə anası vəfat etdikdən sonra barışmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.