"Cəlilabadda Vidadi Dövlətov biz müəllimlərdən nə istəyir?". Bu sözləri Dosye.org-ın elektron ünvanına Cəlilabaddan olan bir qurub müəllim şikayət məktubu ilə müraciət edib. Şikayətçilərin xahişini nəzərə alıb daxil olan məktubu ixtisarla oxucularımızın ixtiyarına veririk.
" Hörmətli Dosye.org saytının rəhbəri,
Biz müəllimlərin məramı aydın, məqsədləri bəllidir. Ən azından cəmiyyətin formalaşmasında biz müəllimlərin əməyi danılmazdır. Mərhum Heydər Əliyevin kəlamı xatırlamamaq böyük qəbahətdir "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Bütün bünları nəzərə alıb Cəlilabad təhsilində bəzi neqativ halları söyləməmək özümüzə qarşı qərəz hesab edirik. Belə ki, RTŞ-nin müdiri Vidadi Dövlətov biz müəllimləri layiq olduğumuz peşədən imtina etmək məcburiyyətinə gətirib. İlk öncə dövlət tərəfindən ayrılan əmək haqqımızı bəzi adalar altında məktəb direktorların vasitəsi ilə əlimizdən alır. Dəfələrlə biz müəllimlərə bildirib ki, heç bir məktəbdə qəzet pulu yığıla bilməz. Lakin məktəb direktorları 9 illik məktəblərdən 100 manat, 11 illik məktəblərdən 200 manat, şəhər məktəblərdən 300 manat qəzet pulu toplayaraq Vidadi Dövlətova verir..."
Dosye.org olaraq bildirmək istəyirik ki, Cəlilabad TŞ-nin müdiri Vidadi Dövlətov ətrafında dolaşan söz- söhbətlər ilk dəfə deyil. Xatırlayırsınızsa təhsil şöbəsinin müdiri bir müddət əvvəl rəhbər olduğu şöbətə tədbir keçirərək mediaya informasiyanı ötürənlərə xəbərdarlıq etmişdir. Sözün həqiqi mənasında Vidadi müəllim özünü "reklam" etməkdən qürur hissi duyur. Biz inanırıq ki, rəhbərlik və aidiyyətli qurumlar müəllimlərin haqlı narazılıqlarını nəzərə alıb məsələnin araşdırılmasına göstəriş verəcəkdir. Araşdırmalarımız davam edir..
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.