banner
banner

Gündəm

Bakıda ŞOK ƏMƏLİYYAT - 12 yaşlı uşağın cinsiyyəti dəyişdirilir

Bakıda ŞOK ƏMƏLİYYAT -

Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.

Cia.az axşam.az-a istinadən xəbər verir ki, əməliyyat özəl klinikalardan birində gerçəkləşdiriləcək.

Əməliyyat zamanı uşaq qadın ediləcək.

Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini qeyd edib.

Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:

“Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır.

Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizim deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır.

Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. 

Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı.

Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.