banner
banner

Hərbİ

Bu il iki beynəlxalq hərbi tədbir keçiriləcək

Bu il iki beynəlxalq hərbi tədbir keçiriləcək

Bu il MDB çərçivəsində iştirakçı ölkələrin hərbçilərinin iştirakı ilə bir neçə geniş miqyaslı tədbir keçiriləcək. APA-nın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan «Krasnaya Zvezda» qəzetinə müsahibəsində MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski bildirib.

A. Sinayski deyib ki, bu il sahil ölkələrinin hərbi gəmilərinin ekipajlarının iştirakı ilə «Xəzər dənizi - 2015» biatlonunun, avqust ayında Azərbaycan, Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, hətta MDB-yə üzv olmayan Serbiyadan və digər ölkələrdən xüsusi təyinatlıların və paraşüt-desant bölmələrinin iştirakı ilə «Beynəlxalq ordu oyunları - 2015» beynəlxalq hərbi oyunları keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.