banner
banner

Hərbİ

Rusiya və Ermənistanın “İsgəndər” hədəsinə Azərbaycandan döyüş xəbərdarlığı

Rusiya və Ermənistanın “İsgəndər” hədəsinə Azərbaycandan döyüş xəbərdarlığı
Elman Məmmədov: “Biz də antiterror əməliyyatlarına başlayacağıq, Daxili Qoşunlarımızdan, hərbi gücümüzdən istifadə edib torpağımızı terrorçulardan təmizləyəcəyik”
   
Üzeyir Cəfərov: “Ermənilər özləri də gözəl başa düşürlər ki, azca ağısızlıq etsələr, bu dəfə onları heç nə və heç kim xilas edə biləməyəcək”
 
“Bu gün Rusiya-Azərbaycan münasibətləri normal səviyyədədir. Ancaq bu, o demək deyil ki, bizim münasibətlərimizin qarşılığında Ermənistan-Rusiya münasibətlərində bir soyuqluq əmələ gələcək, yaxud Moskva İrəvanın mənafeyini bir kənara atıb Qarabağ məsələsinin ədalətli həllinə qərar verəcək: “Bu, qətiyyən mümkün deyil”. 
 
Xocalıdan olan deputat Elman Məmmədov bu  fikirləri Müsavat.com-a açıqlamasında bildirdi. Rusiyanın Ermənistana “İsgəndər-M” raket komplekslərini verməsini Azərbaycan üçün böyük təhdid hesab edən E.Məmmədov bu addımı Rusiyanın ənənəvi siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi:  “Tarixə nəzər salaq, erməni milləti deyilən bu tör-töküntünü 200-250 il ərzində dünyanın müxtəlif ərazilərindən gətirib tarixi Azərbaycan torpaqlarında yerləşdirən hansı dövlət olub? Təbii ki, Çar Rusiyası. Bu məsələdə Çar Rusiyası ilə həmfikir olan böyük dövlətlər də ABŞ və Fransa olub. Bu gün də üç həmsədr dövlətin, xüsusən Rusiyanın mövqeyi məlumdur. Ermənilərə dövlət yaradan, tarix boyu müdafiə edən Rusiya olub. Bu gün də erməniləri həm yerdə, həm yerdə qoruyan Rusiyadır.
 
Картинки по запросу elman memmedov
 
 Rusiya bu gün Cənubi Qafqaza nəzarəti əlində saxlamaq üçün Ermənistanı özünün bir forpostu, quberniyası kimi daim gücləndirir, müdafiə edir, saxlayır. Bakı ilə Moskvanın münasibətləri lap min dəfə indikindən yaxşı olsa da, fərqi yoxdur, bu, bizə onu deməyə imkan vermir ki, Rusiya Ermənistanın tərəfini buraxıb ədalətli mövqe sərgiləyəcək. Gördüyümüz kimi, işğalçıya “İsgəndər” raketlərini də verir, müxtəlif yardımlar da ayırır. Rusiyanın ən müasir silahlarla təchiz olunmuş ordusu Ermənistanda dislokasiya olunub”. E.Məmmədov Rusiyanın Azərbaycana da silah satması barədə səslənən arqumentlərlə razılaşmadığını bildirdi: “Rusiya bizə silahı bizim xətrimizə satmır, pulumuzun xətrinə satır və bizi silah müştərisi kimi əlində saxlayır. Çünki Azərbaycan Ermənistan kimi dilənçi vəziyyətdə deyil, bizim pulumuz var. Rusiya bizə silah satmasa, biz ən müasir silahlar istehsal edən başqa dövlətə üz tutacağıq və milyardlar Rusiyanın yox, başqa bir dövlətin xəzinəsinə gedəcək. Yəni Rusiya öz mənafeyi naminə bunu edir”. 
 
Deputat Ermənistandakı hərbi paraddan sonra cəbhədə hökm sürən gərgin vəziyyətlə bağlı da fikrini bölüşdü: “Nə qədər ki, işğalçı ölkənin qoşunları Azərbaycan ərazisindədir, o gərginlik bir gün də olsun, səngiməyəcək. Çünki Azərbaycan son nəticədə torpaqlarını azad etməkdə qərarlıdır, düşmən də torpaqlarımızı işğalda saxlamağa çalışır. Belə olan halda son nəticədə çox yaxşı bir müharibə olacaq və biz torpaqlarımızı ermənidən azad edəcəyik. Ermənistanı kim müdafiə edir-etsin, fərqi yoxdur. Biz gedib rusla müharibə etmirik, yaxud Ermənistanın sərhədlərini pozmuruq, öz ərazilərimizi işğalçı ordudan, quldur dəstəsindən, separatçılardan azad etmək üçün hərbi üsula əl atacağıq. Rusiya 20 ildən çoxdur Şimali Qafqazda hər gün antiterror əməliyyatları keçirir, nə qədər adam öldürür ki, “ərazimdə terrorçu qruplar var”. Biz də antiterror əməliyyatlarına başlayacağıq, Daxili Qoşunlarımızdan, hərbi gücümüzdən istifadə edib torpağımızı terrorçulardan təmizləyəcəyik”.
   
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Musavat.com-a açıqlamasında hərbi toqquşmaların bərpasının tam real olduğunu qeyd etdi: “ATƏT-in bivec üçlüyü BMT -nin 71-ci sesiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə yenə mənasız və vaxt uzatmağa hesablanmış bir görüş keçirdərək gurultulu bir “bəyanat” səsləndirdilər. Yenə avam adamlara hesablanmış ümumi sözlər deyildi və tezliklə regiona səfər edəcəkləri ilə bağlı “şad xəbər” verildi. 
 
Картинки по запросу üzeyir cəfərov
 
Guya bunlar bu 20 ildə hansı qələti eləmişdilər ki, indi gəlib nə isə edəcəklər. Hamısı hoqqabazlığa və işğalçının maraqlarına hesablanmış hərəkətlər və addımlardır. Heç nə olan deyil. Əksinə, Qarabağda o qədər ölümsaçan silah və texnika cəmlənib ki, bu dəfə Allah göstərməsin, başlayacaq silahlı toqquşmada ölən və yaralananların sayı minlərlə, bəlkə də on minlərlə ölçüləcək. Prinsip etibarı ilə ATƏT-in bu boşboğazları üçün heç bir fərqi olmayacaq ki, ölən Məmməddir, ya Aşotdur, amma onlar üçün nə qədər su bulanıq olsa, bir o qədər “balıq tutmaq” asan olacaq”. Ü.Cəfərov əlavə etdi ki, tərəflərə müraciətləri, Bakıya, İrəvana səfərləri və tərəfləri atəşkəsə dəvət kimi digər hoqqabazlıqları uzun illərdir ki, müşahidə edirik: “Ermənistan sentyabrın 21-də İrəvanda keçirdiyi hərbi paraddan eyforiyaya düşərək azğınlığlını bir az da artırıb. Ağdamda hərbi təlimlər, Bakıya ünvanlanmış hədələr və təhriklərin sayı-hesabı bilinmir. 
 
Əslində isə, hamı bilir ki, Ermənistan bundan sonra hələ bir neçə il də silah-sursat alsa belə, insan resursları və hərbi potensial baxımından onun gücü Azərbaycan Silahlı Qüvvələrinin hazırkı durumuna çata bilməz. Özü də bizim əlimizdə olan silah və sursatlar işğalçının silah və sursatlarından dəfələrlə müasir və güclüdür”. Hərbi ekspert Azərbaycan ordusunun düşməndən qat-qat üstün olduğunu da vurğuladı: “Ermənilər özləri də gözəl başa düşürlər ki, azca ağısızlıq etsələr, bu dəfə onları heç nə və heç kim xilas edə biləməyəcək. O ki qaldı “İsgəndər” raketlərinin istifadəsi məsələsinə, düşünürəm ki, əgər onlar özlərinin varlığının üstündən xətt çəkmək istəyirlərsə, buyursunlar. 
 
Alacaqları ölümcül, sarsıdıcı zərbə isə Ermənistan adlı dövlətin yox olması ilə nəticələnə bilər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun cəmi bir neçə saata İrəvanı və digər mühüm şəhər və rayonları məhv etməsi, həm çox asan, həm də daha tez başa gələcək. Bir sözlə, yaxın vaxtlarda Qarabağda vəziyyətin nəzarətdən çıxma ehtimalı daha çoxdur. Ona görə də, beynəlxalq qurumlar bunu nə qədər tez anlasalar, çoxsaylı insan faciəsinin qarşısını bir az da olsa ala bilərlər”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.