banner
banner

Hərbİ

Ağdamda düşmən əsgəri məhv edildi

Ağdamda düşmən əsgəri məhv edildi
Dünən saat 10.40 radələrində təmas xəttinin Ağdam istiqmətində erməni işğalçı qüvvələrinin itkisi qeydə alınıb.
virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, erməni qüvvələrinin döyüş mövqelərindən birində 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Arsen Arakelyan "Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə" öldürülüb. 
 
Xatırladaq ki, ötən həftə erməni işğalçı qüvvələri çoxlu sayda hərbi texnika cəlb etməklə Ağdamda hərbi təlimlər keçirib. Rəsmi Bakı bu təlimləri təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribat adlandırıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.