banner
banner

Sağlamlıq

Mədə qıcqırmasını aradan qaldıran ədviyyat

Mədə qıcqırmasını aradan qaldıran ədviyyat

Keşniş toxumundan şərbətlərin, likörlərin hazırlanmasında geniş istifadə edilir. Keşniş toxumu mətbəxtdə ən çox istifadə edilən ədviyyatlardan sayılır.

Cia.az immunitet.az-a istinadən keşniş toxumunun faydalarını sadalayır.

Keşniş toxumu antioksidant təsirə malik olmaqla yanaşı ürək xəstəliklərində xəstələrə yüngülləşdirici təsir bağışlayır.

Bir çay qaşığı keşniş toxumunun tərkibində olanlar:
 

a- 6 kalori
- 172 mq protein
- 274 mq yağ
- 11,2 mq kalsium
- 791 mq karbohidrat
- 6,2 mq fosfor
- 3,6 mq tiamin
- 3,2 mq riboflovin.
 

Onun orqanizmə aşağıdakı faydaları var.


* Keşniş toxumu qanda qlükozanın miqdarını normallaşdırmaq qabiliyyətinə malikdir
 

* Keşniş toxumu hər cür xərçəng növünə qarşı qoruyucu təsirə malikdir.
 

* Keşniş toxumu çayı mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, bağırsaqların fəaliyyətini sürətləndirir.
 

* Keşniş toxumu yemək mədə qıcqırmasını aradan qaldırır.
 

Keşniş toxumu çayı aşağıdakı patologiyalarda orqanizmə faydalıdır:


- dərinin iltihabi xəstəlikləri
- ishal
- anemiya
- aybaşı pozğunluqları
- həzm pozğunluqları.
 

Ağızdan iy gələn zaman keşniş toxumu çeynəmək qoxunu aradan qaldırır. Keşniş toxumu dəmləməsi bağırsaqda olan bakteriyaların məhv olmasına səbəb olur. Onun anti-histamin təsiri orqanizmi allergik xəstəliklərə qarşı qoruyucu təsirə malikdir, tərkibində olan kalsium osteoparozlu xəstələr üçün çox faydalı bir nemət sayılır

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.