banner
banner

Gündəm

Milli Şura mitinq anonsu verdi

Milli Şura mitinq anonsu verdi
Referendum bitdi. Bundan sonra ölkə müxalifətinin mitinqlərə yenidən start verib-verməyəcəyi müzakirə olunan məsələlərdəndir. Hələlik görünən budur ki, referendumdan öncə demokratik düşərgə 11-13 və 18 sentyabr tarixlərində keçirdiyi etiraz aksiyaları ilə işini bitmiş hesab edib.

Amma bu aksiyalarda müxalifətin məqsədinə çatdığını söyləmək mümkün deyil. Belə ki, 3 mitinqdə ən yaxşı halda siyasi düşərgə meydana 10 minə yaxın etirazçı çıxara bildi. Bu isə qənaətbəxş sayıla bilməz. Xüsusilə Milli Şura və Müsavat arasında mitinqlərdən sonra başlayan narazılığın aksiyaların üzərinə kölgə saldığı və referendum öncəsi azacıq da olsa, vətəndaşlar arasında artan fəallığa ciddi zərbə vurduğu heç kəsə sirr deyil. Milli Şuranın 11 sentyabr mitinqində AXCP sədri Əli Kərimli Müsavatın 18 sentyabrda aksiya təyin etdiyini bilə-bilə bir gün öncəyə mitinq təyin etdi, əvəzində ilk aksiyadan dəfələrlə az sayda etirazçı meydana çıxdı. Müsavatın 18 sentyabr mitinqində isə başqan Arif Hacılı Milli Şuranın əvvəlcədən təyin etdiyi 24 sentyabr mitinqinə dəstək verəcəklərini söylədi, ardınca Milli Şura həmin aksiyanı keçirməkdən imtina etdi. Bütün bunlar ana müxalifət partiyalarının imicinə bir daha sarsıdıcı zərbə oldu. 
 
Bütün bunlara baxmayaraq, Milli Şura yenidən aksiyalar keçirmək niyyətindədir. Quruma daxil olan partiyalardan AXCP sədri Əli Kərimli bununla bağlı öz facebook səhifəsində status paylaşıb: “Dostlar, mitinqlərə hazırlığımız davam edir. Hazırda Azərbaycan hökumətinin insan haqlarına hörmətlə bağlı qarşılarında öhdəlik götürdüyü beynəlxalq təşkilatlarla ciddi işləyirik ki, hakimiyyətin öz dinc əhalisinə zor tətbiq etməsinə etirazlarını bildirsinlər, sərbəst toplaşmaq azadlığına təminat verilməsi və mitinq məhbuslarının dərhal azad olunması üçün danışıqlar aparsınlar. İlkin nəticələr də var...” 
 
Müsavat Partiyasının isə referendumdan sonra mitinqlər mövzusunda hansı addımları atacağı bəlli deyil. Başqan müavini Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Sentyabrın 27-də Müsavat Partiyası referendum haqda ilkin rəyini yayacaq. Ayın 28-i isə Milli Strateji Düşüncə Mərkəzi ilə birgə, referendumla bağlı dəyirmi masa keçirəcək. Kütləvi aksiyalar Müsavatın müzakirə etdiyi məsələdir. Qərar olduğunda ictimaiyyətə açıqlama veriləcək”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.