banner
banner

Dünya

Obamanın qardaşı Trampa səs verəcək

Obamanın qardaşı Trampa səs verəcək
ABŞ prezidenti Barak Obamanın ögey qardaşı noyabr ayındakı  keçriləcək  prezident  seçkilərdə respublikaçıları dəstəkləyəcəyini açıqlayıb.
 
Avropa.info xəbər verir ki,  "Nyu- York Post"a  danışan Malik Obama partiyasını dəyişdiyini, seçkilərdə demokratların namizədi Klintona deyil, Respublikaçı partiyanın namizədi, iş adamı Donald Trampa səs verəcəyini deyib. Malik Obama Trampla tanış olmaq istədiyini də bildirib.
 
Demokratların namizədi keçmiş xarici işlər naziri Hillari Klintonun bu vəzifədə olduğu müddətdə onu xəyal qırıqlığına uğratdığını  deyən Malik Obama, Liviyanı  40 il ərzində idarə edən Müəmmər Qəddafinin linç edilməsi ilə nəticələnən Qərb dəstəkli xalq qiyamını da pisləyib.
 
"Klinton və qrupu Qəddafini öldürdü", -deyə Malik Obama Hillari Klintona səs verməməsinin səbəblərini açıqlayıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.