Konsert vermək üçün Almaniyanın Münxen şəhərinə gedən kanadalı müğənni gecə əyləncəsinə də çıxıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı ulduz gecə klubunda çox içki içib və sərxoş olub.
Klubda bilinməyən səbəbdən ifaçı ilə başqa bir müştəri arasında mübahisə düşüb. Həmin şəxs Biberi döymək istəyib. Lakin bir qız ifaçını oğlanın əlindən xilas edərək çölə çıxarıb.
Qeyd edək ki, gənc müğənni tez-tez qalmaqalları ilə gündəmə düşür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.