banner
banner

Dünya

ABŞ-da narkotik istehsalı laboratoriyasında partlayış: 20 yaralı

ABŞ-da narkotik istehsalı laboratoriyasında partlayış:

Nyu-Yorkda gizli narkotik istehsalı laboratoriyasında partlayış nəticəsində azı 20 nəfər yaralanıb.

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Deniel Niqro bildirib. Bundan əvvəl mətbuatda Nyu-Yorkdakı evlərdən birində partlayış barədə məlumat yayılıb. Qaz sızması çağırışı ilə hadisə yerinə cəlb olunan yanğınsöndürənlər binada gizli narkotik istehsalı laboratoriyası aşkarlayıblar və bu barədə polisi məlumatlandırıblar. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra partlayış baş verib. Partlayış nəticəsində 44 yaşlı yanğınsöndürmə briqadasının rəhbəri Maykl Feyqi həlak olub. 
 
Yaralılardan 6 nəfəri polis əməkdaşı, ikisi şəhər sakini, üçü “Con Ed” enerji şirkətinin əməkdaşı və doqquzu yanğınsöndürəndir. Faktla bağlı araşdırma aparılır. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.