banner
banner

Dünya

Ərdoğan Təhlükəsizlik Şurasını topladı - Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Ərdoğan Təhlükəsizlik Şurasını topladı -
Türkiyə Milli Təhlükəsizlik Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında iclas keçirib.
 
Axar.az xəbər verir ki, mətbuata qapalı keçirilən iclas 6 saat davam edib. Toplantı ilə bağlı bəyanat verilməsi gözlənilir.
 
İclasda Daxili İşlər naziri Süleyman Soylu, həmçinin ordu generalı Yaşar Gülər (Jandarma Baş komandanı kimi) ilk dəfə iştirak edib.
 
***
 
Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) bəyanat yayıb. Bəyanatda Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar verildiyi bildirilib. 15 iyul gününün hər il "Demokratiya və Azadlıq Günü" elan edilməsi tövsiyə edilib.

Toplantıda həmçinin FETÖ, PKK, İŞİD və "Fərat qalxanı"nın müzakirə edildiyi qeyd edilib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.