Azərbaycan radara düşməyən yeni pilotsuz uçuş aparatlarını nümayiş etdirir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını nümayiş etdirir.
MSN-in sərgisindən APA-ya verilən məlumata görə, bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır.
Bildirilib ki, bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir.
“Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir.
“Orbiter 4” 150 km məsafəyə kimi gedib qayıda bilir.
“Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.