Azərbaycan Ötən il ərzində Qax Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 249 nəfər işaxtaran vətəndaş işə düzəlib. Bundan əlavə, 31 nəfər haqqı ödənilən müvəqqəti ictimai işlərə, 40 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. İyunda keçirilən sonuncu əmək yarmarkasında 51 nəfər işə göndəriş əldə edib.
Rayon məşğulluq mərkəzindən AzərTAc-a bildirilib ki, hazırda qurumda 749 nəfər işaxtaran kimi qeydiyyatdadır. Onlardan 241 nəfərinə işsizlik statusu verilib, 47 nəfərə müavinət təyin olunub.
Ötən il qurum tərəfindən qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif tədbirlər, “Məşğulluq xidməti orqanlarının fəaliyyətində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa”lar təşkil olunub. Bundan əlavə, gənclərin peşə seçmələrinə kömək məqsədilə Güllük və Zərnə kəndlərində “Gənclərin səmərəli məşğulluğunun təmin edilməsində peşəyönümü işinin təşkili” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.