banner
banner

Sağlamlıq

Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!

Əl və ayaqlarınız çox üşüyürsə... -

Əl və ayaqlarda dəri rənginin müxtəlif olması, qan damarlarında daralmadan irəli gəlir. Siqaret, stress və soyuq havanın təsiri nəticəsində bu xəstəlik şiddətlənə, hətta revmatizmin yaranmasına gətirib çıxara bilər.

Damar daralması “Raynaud Fenomeni” adlanan damar xəstəliyi olaraq qəbul olunur. Bu xəstəlik əksər hallarda revmatizmin ilkin əlamətlərinə aid edilir. Daha çox əl və ayaqlarda qan dövranın azalması və ya ləngiməsi səbəbilə bu orqanlarda üşümə, ağrı, göyərmə, həssaslıq, soyuqluq kimi hallar müşahidə olunur. Qan damarları soyuq havalarda orqanizmin öz istiliyini saxlaması üçün daralır, amma bu proses bəzi insanlarda xəstəliyə daha çox uzanır.

Ağır stress qan dövranını zəiflədir

Siqaret, ağır emosional stress və soyuq hava xəstəliyi şiddətləndirən səbəblərdir. Bununla yanaşı, uzun müddət istifadə edilən müxtəlif dərmanların əks təsiri də bu xəstəliyə səbəb ola bilər. Xüsusilə bəzi miqren, baş ağrısı dərmanları və bəzi ürək dərmanlarından istifadə xəstəliyin inkişafına gətirib çıxara bilər.

Adətən bu şikayətləri olan xəstələr gənc yaşında olur. Çətin imtahan və iş stressi yaşayan gənclər, hətta bəzən uşaqlarda da görülə bilər. Qan damarlarının daralması xəstəliyindən adətən soyuq bölgələrdə yaşayan, soyuq mühitlərdə işləyən insanlar daha çox əziyyət çəkir.

Damar xəstəliyini həm cərrahi, həm müalicə yolu ilə, həm də bəzi qabaqlayıcı tədbirlərlə sağaltmaq mümkündür. Tədbirlərə baxmayaraq, şikayətiniz davam edirsə, ən qısa zamanda ürək-damar həkiminə gedib müayinə olunun.

Məsləhətlər

1. Vərdişləri dəyişdirin: Siqaret və tütün məhsullarının istifadəsindən imtina edin, dumanlı mühitlərdən mümkün qədər uzaq durun.

2. Həyat tərzinizi dəyişin: Soyuqdan və soyuq mühitlərdən mümkün qədər uzaqlaşın. Soyuğa çıxmazdan əvvəl əlcək və qalın corab geyin, soyuq su ilə təması azaldın, soyuqdan qoruyucu yağ əsaslı kremlər istifadə edin. Paltarları əllə yumayın, əgər paltaryuyan maşın yoxdursa, mütləq əlcək taxın. Əgər yaşadığınız rayon çox soyuqdursa, daha mülayim iqlimli əraziyə köçün.

3. Psixoloji vəziyyəti bərpa edin: İnsanın özünü hədsiz kədərli, həyəcanlı və qorxaq hiss etməsi stress yaradır. Stress isə birbaşa bu xəstəliyə təsir göstərir. Yüksək əhval-ruhiyyəni qorumağa çalışın. Bunun ən yaxşı yolu idmandır. Ancaq stresslə təkbaşına mübarizə apara bilmirsinizsə, psixoloqla məsləhətləşin.

4. Həkimə gedin: Şikayətlərinin əsl mənbəyinin damar daralması olduğunu, yaxud müşayiət revmatizm xəstəliyi olduğunu öyrənmək üçün həkim müayinəsindən keçin.

Publika.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.