banner
banner

Dünya

Braziliyada həbsxanadan 200 məhbus qaçıb

Braziliyada həbsxanadan 200 məhbus qaçıb
Braziliyada həbsxanadan azı 200 məhbus qaçıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Jardinopolis şəhərindəki həbsxanada qiyam qaldıran məhbuslar, dörd metrlik divarı uçuraraq cəzaçəkmə müəssisəsindən qaçıblar.  
 
İnsident zamanı məhbuslara atəş açmış keşikçilər hazırda qaçmış məhbusların axtarışı ilə məşğuldurlar.
 
Məlumata görə, bir neçə məhbus magistral yolda saxlanılıb, bir nəfər qaçmağa cəhd edərkən öldürülüb.
 
Həbsxanada məhbusların sayının normadan çox olması qiyama səbəb olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.