banner
banner

Dünya

Abbasın Peres qərarı Fələstini qarışdırdı

Abbasın Peres qərarı Fələstini qarışdırdı
Fələstin lideri Mahmud Abbasın İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək barədə qərar verməsi fələstinlilərin ciddi narazılığına səbəb olub.
 
Axar.az xəbər verir ki, Abbasın İsrail hökumətinə başsağlığı verməsi və dəfn mərasimində iştirak etmək üçün Qüdsə getmək istəməsi Fələstində ciddi müzakirələrə yol açıb.
 
Fələstin rəhbəri başsağlığı məktubunda Şimon Peresin ölümündən dolayı dərin kədərləndiyini bildirib.
 
O, keçmiş İsrail liderinin Yaxın Şərqdə sülhü bərpa etmək üçün çalışdığını da vurğulayıb.
 
Qeyd edək ki, HƏMAS qruplaşması Peresin ölümünə görə Fələstin xalqının çox sevindiyi barədə açıqlama yaymışdı.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.