banner
banner

Dünya

Rusiya XİN: 'ABŞ-ın son bəyanatı yersizdir'

Rusiya XİN: 'ABŞ-ın son bəyanatı yersizdir'
"ABŞ-ın Suriya və Rusiya ilə bağlı son bəyanatı yersizdir və insanlıq normalarına uyğun deyil".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 
 
"Biz ABŞ Dövlət Departamentinin bəyanatını gecə yarısı aldıq. Ümid edirdik ki, səhərə yaxın bu bəyanat təkzib olunacaq. Təəssüflər olsun ki, bu baş vermədi. Əksinə, bu bəyanatı başqa bəyanatlarla daha da möhkəmləndirdilər, daha yersiz bəyanat verdilər", - deyə o vurğulayıb.  
 
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ekstremistlərin Rusiya şəhərlərində terror aktları törədə biləcəyi haqqında bəyanat verib. O bildirib ki, Suriyada vətəndaş müharibəsi davam etsə, ekstremistlər əməliyyatları genişləndirmək üçün boşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.    
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.