Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Şeyx həmçinin vurğulamışdı ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub. Lakin tez bir zamanda Milli Televiziya və Radio Şurası (MTRŞ) Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziyanın açılması təklifinə qətiyyətlə “yox” dedi.
Qurum rəsmisi Toğrul Məmmədov report.az saytına açıqlamasında bildirdi ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil. Bu məsələdən sonra ortalığa bir sual çıxır, niyə Şeyxə dini televiziya açmağa icazə verilmir? Səbəb nədir, hökumət dindarların daha da aktivləşməsi, təşkilatlanmasından çəkinir, yoxsa?
Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında şeyxin dini televiziya ilə bağlı ideyasının xoş niyyətindən qaynaqlandığını dedi: “Şeyxin bu məsələdə maarifçilik məqsədi ilə müəyyən addımlar atmaq niyyəti var. Ona görə də bu məsələ təqdirolunan haldır, ən azı dini maarifçiliyin inkişafı baxımından bu məsələ gündəmdə saxlanılmalıdır. Lakin Türkiyədə olan ”TRT Diyanət TV" rəsmi dini televiziya kanalı modeli olarsa (yəni həmin kanalda daha çox rəsmi dini proqramlar nəzərdə tutulub) bu, başqa məsələdir. Bir də var, ümumiyyətlə, kanalda dini verilişlərin sayının artırılması, bu sahədə maarifçilik baxımından işlərin görülməsi. Fikrimcə, əgər birinciyə icazə verilmirsə, ikinci məsələdə müəyyən dini maarifçilik istiqamətində addımlar atılmalıdır və bu vacibdir".
Deputata görə, Şeyx əslində cəmiyyətdəki zərurəti dilə gətirib: “Burda da kifayət qədər gənc, savadlı alimlərimiz, mütəxəssislərimiz var və belə müzakirələrin olması insanların dini cəhalətdən qurtulması üçün faydalı ola bilər. Bu baxımdan da hansı modelin təklif olunmasından xəbərsizəm. ”Dini kanal" ifadəsi bir qədər hakimiyyətdə ya başqalarında fərqli assosiasiya doğurur. Bu məsələdə Azərbaycanın öz estetikası var, yəni burda həm də tələbatdan söz gedir. Dövlət müəyyən dərəcədə hansısa ideya və ya fikirlərin dindarlar arasında münasibətlərin pozulacağına gətirib çıxacağından ehtiyat edir. Məncə, bu cür veriliş və ya kanal elə də fəsada səbəb olmaz. Amma bütün hallarda Şeyxin bu ideyasının müəyyən mənada xoş niyyətindən irəli gəldiyini, maarifçilik məqsədi ilə düşündüyünü zənn edirəm. Çünki həqiqətən də din məsələlərində boşluqlar var və bunu ortadan qaldırmaq üçün televiziya, internet resursları daha çox işə yarıya bilər".
Media eksperti Zeynal Məmmədli qanunla dini televiziyanın açılmasına qadağa olmadığını bildirdi: “Hazırda ölkədə dövlət büdcəsindən maliyyələşən iki dövlət televiziyası var. Və bu iki televiziya cəmiyyətin bütün sahələrini əhatə etməyə borcludur. Söhbət AzTV və İctimai TV-dən gedir. Həmin televiziyalarda ilkin olaraq Şeyx bəlli bir zaman istəyə, həmin zaman ərzində də əhalinin dindar bölümü və yaxud bütövlükdə cəmiyyətə dindarların mesajlarını çatdıra bilərdi. Həmin televiziyaların qanuni baxımdan Şeyxin bu təklifinə, xahişinə ”yox" demək imkanı yox idi. Özəlliklə də hər iki televiziya onun tələbini ödəməyə borcludur, çünki dindar bölümü də əhatə etməlidir. Amma o ki qaldı sırf dini televiziyanın açılmasına, Azərbaycan kiçik məkandır, indiki həssas situasiyanı da nəzərə almaq lazımdır. Düşünürəm ki, bu, bütövlükdə “yox” cavabı deyil, indiki vəziyyətdə məqsədəuyğun hesab edilməyib. Çünki qanunla bu qadağan deyil. “Televiziya və radio yayımı haqqında” Qanunda verilişlərin məzmunu, işin təşkilinə verilən tələblər yer alıb. Yəni orada birbaşa belə qadağa yoxdur. Sadəcə, həmin televiziyanın orda tələb edilən qanunlara əməl edilməsi istəniləcək, başqa bir şey yoxdur. Burada bir məsələni də aydınlaşdırmaq lazımdır ki, Şeyx həmin televiziyanın dövlət büdcəsi ilə, yoxsa dindarların vəsaiti ilə maliyyələşdirilməsini istəyir? Bəlkə də izn verilməməsinə səbəb hazırda neftin qiymətinin ucuzlaşması fonunda buna imkanın olmamasıdır. İkinci tərəfdən, sual olunur ki, bu televiziya üçün gərəkən kadrlar harada hazırlanacaq? Beləliklə, bu məsələlərin çoxu ictimaiyyətə açıqlanmadığından, yaranan suallara da dolğun cavab vermək mümkün deyil".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.