banner
banner

Gündəm

Bu gün Məhərrəmlik əyyamı başlayır

Bu gün Məhərrəmlik əyyamı başlayır
Bu gündən etibarən Məhərrəmlik əyyamı başlayır. Qarşıdakı iki ayda insanlar məscidlərə toplaşacaqlar. Xüsusilə, Aşura günü daha çox qələbəlik olacaq və milyonlarla insan müqəddəs yerlərə axışacaq. 

Heç şübhəsiz ki, Aşura məclislərində əsas diqqət hökumət tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəldiləcək. Dünyada terrorun tüğyan etdiyi bir zamanda, İŞİD təhlükəsinin artdığı, həmçinin Azərbaycandan da bu terror qruplaşmasına qoşulanların olduğunu nəzərə alsaq, hökumət üçün qarşıdakı dönəm çox vacib olacaq. 
Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl bildirdi ki, dünyada böyük tədbirlər olan yerlərdə son zamanlar tez-tez terror hadisələrinin şahidi oluruq: “Əvvəlki illərə nisbətən bu il Azərbaycanda vəziyyət daha gərgindir. Xüsusilə, iqtisadi sahədə bu özünü daha çox göstərir. Amma bunun terrora, təhlükəyə elə bir aidiyyəti yoxdur. İnsanları daha çox maddi durumları maraqlandırır. Adətən biz bilirik ki, dünyada böyük toplantılar olan yerlərdə terror hadisələri törədilib. 
 
Bu baxımdan təhlükə istisna olunmur. Amma ənənəyə söykənsək, deyə bilərəm ki, Azərbaycanda Məhərrəmlik ayında, eləcə də Aşura günündə hələ indiyə qədər heç bir terror hadisəsi baş verməyib. Hesab edirəm ki, o ənənə bu il də davam edəcək. Məhərrəmlik ayının ilk günü təhlükə ona görə olmayacaq ki, Roma Papası ölkəmizdə səfərdədir. Onun Azərbaycanda olduğu müddətdə qorunma təkcə biz tərəfdən deyil, digər ölkələr tərəfindən də olacaq. 
 
Perspektivdə də belə bir hadisə gözlənilmir. Çünki Azərbaycanda bu proseslər də getmir, din tüğyan etmir. Şiələrin ayıdır, müqəddəs ay sayılır. Amma arxayın olmaq olmaz ki, heç nə baş verməyəcək. Dünya dəyişir, proseslər başqa istiqamətlərə doğru gedir. Keçən illə bu ilin ölkəmiz acısından ciddi fərqi var. İŞİD var, İŞİD-ın qolları var, bu terror qruplaşmasında azərbaycanlılar da var. Orada Şimali Qafqazdan da çoxsaylı üzvlər var. Onlar indiyə qədər şiələrlə bağlı olan evlərdə, məscidlərdə hadisələr törədiblər. Demirəm ki, İŞİD-ın qolu Azərbaycana çatıb, yaxud orada olan üzvlərdən ölkəmizi hədəf seçənlər var. Konkret bu proseslər hələ getmir. Hələ ki İŞİD-ın böyük hədəfi deyilik. Bu baxımdan böyük ehtimalla, böyük bir hadisənin baş verəcəyinə inanmıram. Təhlükəsizlik tədbirləri daim olur. İndiki Dövlət Təhlükəsizlik Xidməti Eldar Mahmudovun 11 il olduğu zamandan daha çox məsələyə ciddi yanaşırlar. Hesab edirəm ki, Məhərrəmlik ayında olsa da, önləyici tədbirlər olacaq, yəni məlumatlar əvvəlcədən daxil olacaq, buna uyğun da təhlükənin qarşısı alınacaq”.
 
Ekspert hökumətin dinə qarşı olmadığını da qeyd etdi: “Azərbaycan hakimiyyəti dinə qarşı deyil. Sadəcə olaraq radikal dindarlara qarşıdır. Bu da çox normaldır. Hər zaman demişəm ki, radikal dindarlığa qarşı daim kəskin mübarizə aparmaq lazımdır. Nardaran hadisələri tamam fərqli idi. Radikal dindarlara, Suriyadan gələnlərə qarşı aparılan əməliyyatlar başqa, Nardaran hadisələri tamam başqa şeydir. Nardaran hadisələrində siyasi çalarlar daha çox idi, nəinki radikal dindarlıqda. İŞİD məsələsinə gəlincə, deyə bilərəm ki, bu proseslər terrora meylli  dindarlara qarşı mübarizədir. Bu mübarizə Azərbaycanda hər zaman düzgün aparılıb. Bundan sonra da aparılmasını düzgün hesab edirəm. Əməliyyat tədbirləri ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Düşünürəm ki, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsindən gözləntilər olmasa da, azından Dini İşlər Üzrə Komitə müəyyən işlər görə bilər”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.