banner
banner

Gündəm

Facebook səhifəsi, Watsappı olmayan siyasətçilər...

Facebook səhifəsi, Watsappı olmayan siyasətçilər...
Müasir dünyanı sosial şəbəkələrsiz, e-mailsiz təsəvvür etmək mümkün deyil. Amma Azərbaycanda kifayət qədər siyasətçi var ki, onlar  hələ də Watsapp, facebook və digər bu kimi sosial mediadan etmir. Siyasətlə məşğul olan insanların bu cür imkanlardan yararlanmaması qəribə görünür. Maraqlıdır, onların sosial şəbəkədən imtina etmələrinin səbəbi nədir?

Mövzu ilə əlaqədar sosial şəbəkələrdən yararlanmayan bir neçə siyasətçiyə müraciət etdik.
YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov daha çox canlı ünsiyyətə üstünlük verdiyini açıqladı:
 
“Çünki cavabdehlik daşıyırsan, amma sosial şəbəkələrə yox. Dəfələrlə olub ki, mənim adımdan sosial şəbəkələrdə yazılar çap ediblər, guya bu yazılar mənim facebook səhifəmdən gəlib. Sonra aydın olub ki, bunu edənlər siyasi sığınacaq adı altında ölkədən xaricə gedən, milliyyəti bəlli olmayan insanlardır. O cümlədən müxalifətdə olan bəzi jurnalistlər var ki, onlar belə şeylər edir. İstənilən an istənilən vətəndaşın səhifəsinə girmək, orada nəsə yerləşdirmək mümkündür. Sonradan sübut etmək istəsən ki, bunu mən yaratmamışam, ona da uzun müddət lazım olur.
 
WikiLeaks-ın dünyada nələri ortaya çıxardıb qoyduğunu gördük. Ən təhlükəsiz, ən qorunan bir sosial media idi və nəticə etibarı ilə nə oldu... Ona görə də mən hesab edirəm ki, sosial şəbəkələrin hamısı idarə olunandır və ondan istifadə etməyə üstünlük vermirəm".
 
AXP sədri Pənah Hüseyn sosial şəbəkələrdən istifadə etməməyinin özəl səbəbləri olduğunu dedi:
 
“Mənim sosial şəbəkələrdən istifadə etməməyim ona mənfi münasibətim kimi dəyərləndirilməməlidir. İndiki əsrdə sosial psixoloji ovqat elədir ki, hətta bütün vətəndaşlar kütləvi şəkildə bundan istifadə edir, bunun qarşısını almaq mümkün deyil. Fikrimcə, sosial şəbəkələrin təhlükəsizlik baxımından etibarlı olmaması ilə bağlı qorxu, filan da azalıb. Mənim özümə gəldikdə isə sosial şəbəkədən istifadə etməməyimin özəl səbəbləri var. İndiki vəziyyətdə, müstəqil elektron KİV-lər, qəzet və televiziyalar bağlanmaqdadır. Prinsipcə, ola bilər ki, mən də bunu nəzərə alaraq sosial şəbəkələrə qoşulum”.
 
ADP sədri Sərdar Cəlaloğlu isə daha çox elmi işlə məşğul olduğu üçün sosial şəbəkələrə vaxt ayırmaq imkanı olmadığını bildirdi: “Mən daha çox elmi işlə məşğulam. Oturub internetdə boş-boş şeylər üçün saatlarla mübahisə etmək həvəsim və vaxtım yoxdur. Gündə partiyanın qərargahına gəlib 8 saat kitab üzərində işləyib gedirəm. Hətta şənbə və bazar günləri də gəlib işlə məşğul oluram. Sosial şəbəkə qədər vaxtı alan ikinci bir şey yoxdur. Bu, bir xəstəlik səviyyəsində olur, alışdınsa burdan çıxa bilmirsən. Ona görə də vaxtımın azlığı və mənim marağımda olan adamları sosial şəbəkədə tapa bilmək ümidim olmadığından sosial mediadan istifadə etmirəm. Watsappım da yoxdur, bilmirəm o nə olan şeydir, onu da indi eşidirəm".
 
KXCP sədri Mirmahmud Mirəlioğlu isə sosial şəbəkəsiz də dünyanın işinin keçdiyini qeyd etdi:“Başlanğıcda bu, hər kəsin xoşuna gələn və yararlı olan məsələdir. Azərbaycanda sosial şəbəkə bütövlükdə söyüş söymək, təhqir etmək, olmayanları demək üçün bir tribunaya çevrilib. Hər kəsin mövqeyi, ortadadır, münasibətini, rəyini çatdırmaq imkanları da var. Amma sanki Azərbaycanda saxtakarlıq üçün yeni bir tribuna yaranıb, saxta profillərdən tutmuş digər məsələlərə qədər. Bütün bunlar qanqaraçılıqdan başqa bir şey deyil. Azərbaycan türkçəsinin nə qədər söyüşə sərf olunduğunu görürsən. Bəzən elə şeylər rastına çıxır ki, adam tər tökür, xəcalət çəkir ki, sən demə, mənim dilimdə bu cür sözləri də ifadə edən adamlar varmış. Onsuz da sosial şəbəkəsiz də dünyanın işi keçir”.
 
Mövzu ilə əlaqədar bir informasiyanı da xatırladaq ki, Rusiyada məmurların və dövlət qulluğunda çalışanların iş kompüteri ilə sosial şəbəkələrdən istifadə edilməsinin qadağan olunacağı bildirilir. Buna səbəb arqumentlərdən biri bu idi ki, sosial şəbəkələrin böyük hissəsi və xüsusi proqramlar xarici kampaniyalar tərəfindən hazırlandığından, böyük ehtimalla sonradan, informasiya müharibəsi zamanı proqramlı şəkildə ölkəyə qarşı istifadə edilə bilər.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.