banner
banner

Dünya

Rusiya prezidentinin Qazaxıstana səfəri başlayıb

Rusiya prezidentinin Qazaxıstana səfəri başlayıb
Rusiya prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan XIII Regionlararası Əməkdaşlıq Forumunda  iştirak etmək üçün Astanaya gəlib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin səfəri Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə danışıqlarla başlayacaq.
 
Görüşdə liderlər ikitərəfli münasibətlər, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdən sonra Putin və Nazarbayev iki ölkənin iş adamlarının iştirakı Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.
 
Sonra dövlət başçıları Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəklər. Forumun əsas mövzusu Avrasiya məkanında nəqliyyat və loqistika potensialının inkişafıdır.
 
Gündəliyə həmçinin iki ölkə arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması, turizm sahəsində əməkdaşlıq məsələləri daxildir.
 
Plenar iclasın yekunlarına görə bir sıra ikitərəfli sənədlərin imzalanması da gözlənilir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.