banner
banner

Gündəm

Müavinini döydüyü deyilən direktor danışdı: "Həyat yoldaşım yox, qardaşım olub"

Müavinini döydüyü deyilən direktor danışdı:
Ötən gün Ağdamda məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı xəbər vermişdik. Bu gün isə hadisənin bəzi təfərrüatları məlum olub.
Aznews.az saytının yazdığına görə, hadisə Səfərli kənd orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin direktor müavini Şirazi Ağayev tarix müəllimi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. "Zavuç” müəllimin dərsə gəlməmək səbəbini öyrənmək üçün onun həyat yoldaşı Fəqani Səfərovla əlaqə saxlayıb. F.Səfərov isə ona ağır cavab verib. "Gəlməyib yaxşı edib, sənə nə?” - deyərək Ş.Ağayevi hədələyib.
Daha sonra isə F.Səfərov direktor müavini ilə "söhbət” etmək üçün Səfərli kənd orta məktəbinə yollanıb. Burada isə tərəflərin mübahisəsi böyüyüb. Fəqani Səfərov Şirazi Ağayevə hücum çəkərək, ona bədən xəsarətləri yetirib. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan saytımıza verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəstə evə buraxılıb. Əldə etdiyimiz məlumata görə, Fəqani Səfərov Ağdam rayonunda yerləşən digər məktəbin – Baharlı kənd orta məktəbinin direktorudur.
Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərov hafta.az-a açıqlamasında ötən gün baş verən hadisəyə münasibət bildirib.
O, mediada gedən xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: "3 oktyabr tarixində bir çox saytlarda yayımlanan, "Azərbaycanda direktor "zavuç”u döydü - Xanımına görə” başlıqlı yazı həqiqəti əks etdirmir. Belə ki, sözü gedən hadisə həmin məktəbdə müəllim işləyən qardaşım Siyamir Səfərovla məktəbin direktor müavini Şirazi Ağayev arasında baş verib.
Hadisəyə səbəb xanımım yox, qardaşımın işdən tez çıxması olub. Buna Şirazi Ağayev öz etirazını bildirib. Nəticədə məlum hadisə baş verib.
Yazılanların şəxsimlə və xanımımla əlaqəsi yoxdur. Məsələ hüquqi müstəvidə araşdırılır”.
Məsələyə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da münasibət bildirib. İcra başçısı deyib ki, orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.