banner
banner

Gündəm

Türkiyədə daha 88 hərbçi saxlanılıb

Türkiyədə daha 88 hərbçi saxlanılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində bu gün Konya Hərbi Hava Bazasında 21-i yüksək rütbəli zabit olmaqla, 56 nəfər saxlanılıb.

“Hürriyet” yazır ki, hərbi çevriliş cəhdindən sonra Konya Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan hərbçilərin Konya Hərbi Hava Bazasındakı otaqlarında axtarışlar davam edir. Saxlanılan şəxslər Türkiyənin Konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, silahlı üsyan, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilirlər.

Əskişəhər vilayətində və daha bir neçə şəhərdə keçirilən əməliyyat tədbirləri zamanı isə əksəriyyəti Hərbi Hava Qüvvələrinin üzvü olan 33 nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyədə 15 iyulda hərbi çevriliş cəhdindən sonra Konya Hərbi Hava Bazasının komandiri general Haluk Şahar İstanbulda həbs edilib. General Haluk Şaharın hərbi çevriliş gecəsi bazada olan polkovnik Mustafa Ertürkə 4 “F16” qırıcı təyyarəsini hazır vəziyyətdə saxlaması barədə tapşırıq verdiyi üzə çıxıb. Konya Hərbi Hava Bazasında xüsusi təyinatlıların komandiri Yılmaz Bahar isə həmin gün hər biri 7 nəfərdən ibarət olmaqla, 3 dəstə ilə İstanbulda Hərbi Dəniz Qüvvələrinin komandanı və digər generalların olduğu Moda Dəniz Klubuna basqında iştirak edib.

Cia.az

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.