“Yəqin ki, Rusiya Azərbaycana “İsgəndər” satacaq, ancaq...”
Kremlin indiyə qədər “İsgəndər” operativ-taktiki raketlərini heç kimə satmadığı bir vaxtda bu silahların Ermənistanda nümayiş olunması regiondakı hərbi-siyasi vəziyyəti daha da gərginləşdirib.
Virtualaz.org xəbər verir ki, bu haqda Gürcüstanda nəşr olunan “Arsenali” hərbi-analitik jurnalının məqaləsində deyilir.
Jurnal yazır ki, bu raketlərin Rusiya tərəfindən Ermənistana verilməsi apreldəki dördgünlük müharibə zamanı Azərbaycan ordusunun İsraildən aldığı müasir idarəolunan raketlərlə erməni ordusunun zirehli texnikasına dəqiq zərbələr endirməsinin nəticələrindən irəli gəlir. Məqalədə deyilir ki,aprel döyüşləri erməni generalitetinin ciddi səhvlərini üzə çıxarmaqla yanaşı Kremlin neytral mövqeyi ilə də yadda qaldı, bu isə Ermənistan əhalisində kəskin anti-rusiya əhvalı yaratdı.
“Görünür Rusiya Ermənistanda öz nüfuzunu qorumaq üçün İrəvana bahalı “İsgəndər” komplekslərini verib. Lakin istisna deyil ki, bu sövdələşmədə həm də uzaqgedən məqsədlər var. Yəqin Azərbaycan da “İsgəndər” almaq istəyəcək, ancaq Rusiya Bakıya bu operativ-taktiki raket komplekslərini dünya bazar qiymətlərinə satacaq”-jurnal yazır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.