banner
banner

Hərbİ

Azərbaycan və Qazaxıstanın dənizçiləri təlim keçirəcək

Azərbaycan və Qazaxıstanın dənizçiləri təlim keçirəcək

2015-ci ildə Rusiyanın Xəzər donanması Azərbaycan və Qazaxıstanın iştirakı ilə Xəzəryanı dövlətlərin donanmalarının üçtərəfli beynəlxalq təlimində iştirak edəcək.

CİA.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib.

Məlumata görə, Xəzəryanı dövlətlərin ilk birgə təlimi 2015-ci ilin iyun-iyul aylarında, Xəzərin orta hissəsində baş tutacaq.

“2015-ci ildə Xəzər donanmasının (Rusiya – red.) gəmiləri Qazaxıstan və Azərbaycanın hərbi-dəniz qüvvələrinin iştirakı ilə birgə beynəlxalq təlimə qatılacaqlar”, - deyə, Qorbul vurğulayıb.

Təlimlərdə dəniz kommunikasiyaları və dəniz iqtisadi fəaliyyət rayonlarının mühafizəsi, o cümlədən birgə üzmə və manevr elementləri, tək və birgə döyüş atışları nəzərdə tutulub.

Bundan başqa, gəmi ekipajları axtarış-xilasetmə əməliyyatlarına da cəlb olunacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.