banner
banner

Şou

O filmdə Conni Dep də olacaq

O filmdə Conni Dep də olacaq

Aqata Kristinin “Şərq ekspresində qətl” romanı əsasında çəkiləcək 2-ci filmin aktyor heyəti formalaşmağa başlayır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, filmdə “Karib dənizinin quldurları” çoxseriyalı filminin baş rol ifaçısı Conni Depin də yer alacağı dəqiqləşib. O, “Ratçet” rolunu oynayacaq.

Filmin rejissoru Kennet Branaq, ssenaristi isə Maykl Qrin olacaq. Branaq həm də dedektif “Poirot” obrazını canlandıracaq.

“Şərq ekspresində qətl”in digər aktyorları Mişel Pfeiffer, Deysi Ridli, Cudi Denç, Lusi Boynton, Tom Bitmen, Derek Yakobi, Maykl Peņa və Lesli Odom olacaq.

Yaxın Şərqdən istiqamətlənən bir qatarda baş verən cinayətdən bəhs ediləcək filmin çəkilişləri bu ilin noyabrında başlayacaq və gələn ilin noyabrında təqdim ediləcək.

Qeyd edək ki, roman əsasında ilk film Sidney Lumet tərəfindən 1974-cü ildə çəkilib.

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.