banner
banner

Hərbİ

Kaspşik qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb

Kaspşik qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik öz mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb.
 
Kaspşik bəyanatında bildirib ki, həmişəki kimi tərəflər təmas xəttindəki vəziyyət, eləcə də əvvəlki monitorinqdən etibarən atəşkəsin pozulması ilə əlaqədar məlumatı çatdırıb.  “Bu məlumat Minsk Qrupu üzvlərinə, eləcə də həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə verilib. Mətbuatda bəzi məlumatlar mənim Ofisimin atəşkəsin pozulması hallarını və ya məsuliyyət daşıyan tərəfi qeydə almadığını deyirlər. Ola bilsin ki, onlar bizim heyət üzvlərimizin monitorinq zamanı cəbhə xəttində atəşkəsin pozulmasının qeydə alınmadığı faktına istinad edirlər. Biz ərazidə olan zaman baş verən atəşkəsin pozulması hallarını hər zaman qeydə alırıq. Digər halda yerli hərbçilərin məlumatlarına etibar edirik. Bir daha təkrarlamaq istəyirəm ki, bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur”, deyə bəyanatda qeyd edilir. 
 
O həmçinin qeyd edib ki, aprel döyüşlərindən sonra 6 ay ərzində Minsk Qrupu həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesini inkişaf etdirmək üçün mütəmadi çalışıb. O, monitorinqin nəticələri barədə məlumatların bu prosesin mühüm hissəsi olduğunu qeyd də edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.