banner
banner

Gündəm

AZAL-ın Bakı-İstanbul reysində - QALMAQAL

AZAL-ın Bakı-İstanbul reysində -

Bu gün "Azərbaycan Hava Yolları"nın aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb.

Cia.az saytı xəbər verir ki, hadisə şahidlərinin "Report"a verdikləri məlumata görə, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlər ilə stüardessalar arasında baş verib.

Şahidlərin sözlərinə görə, mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb:

"Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş etdilər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olundu. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirildi. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu dedikdə, tərəflər arasında münaqişə baş verdi".

Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər.

Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxaran həmin boş yerlərə kiminsə pul ödəyərək öz çamadanını qoyması olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.