banner
banner

Hərbİ

Ordumuz itki verməyib - Müdafiə Nazirliyi

Ordumuz itki verməyib

Erməni mətbuatının cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya 3 hərbi qulluqçu itirməsi barədə bu gün yaydıqları məlumat yalandır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən “unter-zabit” Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində “unter-zabit” rütbəsi ümumiyyətlə yoxdur”, - deyə, nazirlikdən bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.