banner
banner

Sağlamlıq

Soyuqdəyməni və qrippi müalicə edən - MÖCÜZƏLİ BİTKİ

Soyuqdəyməni və qrippi müalicə edən -

Qara gəndalaş bitkisi çox faydalı müalicəvi bitkisir. Bu bitki soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.

İsrail həkimləri qripp epidemiyası zamanı qara gəndalaşın təsiri yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qripp xəstələrinin 1 qrupuna hər gün 4  qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qrippin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.

Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.

Qripp və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.