banner
banner

Hərbİ

İki erməni hərbçi öldürüldü - Cəbhədə atışma

İki erməni hərbçi öldürüldü

Dünən Ermənistan-Azərbaycan təmas xəttində baş verən atışmada iki erməni hərbçisi öldürülüb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar müddətdən artıq hərbi xidmət keçmiş hərbçilər olublar.

Xatırladaq ki, bu gün erməni mətbuatı dünən baş verən atışmalarda üç Azərbaycan hərbçisinin də öldürüldüyünü iddia etsə də, Müdafiə Nazirliyi yayılan məlumatı dezinformasiya adlandırmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.