banner
banner

Hərbİ

Erməni politoloq: ‘’Bu, 80-ci illərin silahları deyil, hətta daha köhnədir’’

Erməni politoloq: ‘’Bu, 80-ci illərin silahları deyil, hətta daha köhnədir’’
Son günlərdə Azərbaycan tərəfindən İsraildən “Dəmir günbəz” raket komplekslərinin alınması barədə çıxan xəbərlər ermənilərin ovqatını təlx edib.
Erməni rəsmiləri bir ağızdan bu raketlərin Azərbaycana verilməyəcəyini qeyd edirlər.
Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan “Dəmir günbəz”lərin Azərbaycanda peyda olması ehtimalının az olduğunu söyləyib. “Bu raketlərin gəlməsi belə Azərbaycanın problemini həll edə bilməz”,-  deyə Artsrun Ovannisyan qeyd edib.
 
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Azərbaycanın alacağı silahlar barədə erməni mətbuatında xəbər yazılmamasını belə xahiş edib. O bu tip xəbərlərin Azərbaycan tərəfindən təbliğat məqsədilə istifadə edildiyini bildirərək onlar üçün problem yaratdığını etiraf edib.
“Növbəti dəfə informasiya meydanında məsul olan həmkarlarımıza müraciət edərək Azərbaycan tərəfindən verilən bu cür informasiyaları yaymamağı və bizə artıq problem yaratmamalarını rica edirəm. Biz, habelə bir çox xarici nəşrlər dəfələrlə qeyd etmişik ki, siyasi səbəblərdən dolayı bu raket komplekslərinin Azərbaycanda peyda olması mümkün deyil. “Dəmir günbəz” ümumiyyətlə başqa məqsədlər üçün nəzərdə tutulub. Nəhayət, dünyada hətta ən aşağı səviyyəli raketlərə qarşı ideal müdafiə sistemi mövcud deyil”,- deyə Artsrun Ovannisyan mətbuata bildirib.
 
Ermənistanın politoloqlarından, “Məlumatlı vətəndaşlar birliyi” proqramının koordinatoru  Daniel İoannisyan isə Ermənistanın Rusiya Federasiyasından aldığı silahların Dağlıq Qarabağ ərazisində istifadə edə bilməyəcəyni söyləyib. 
 
İoannisyan deyib: “Ermənistanın 200 milyonluq kredit müqabilində Rusiyadan aldığı silahlar, Serj Sərkisyanın dediyi kimi, 80-ci illərin silahları deyil, hətta daha köhnədir. Bu silahların içərisində 60-cı ildən olanlar da var. 
 
Verilən kreditin şərtləri barəsində də danışan İoannsiyan həmin silahların hansı qiymətə təqdim edilməsinin hesablanmasının zəruri olduğunu vurğulayıb: “Silahların qiyməti hər kəsdən gizli saxlanlılır. Əgər məsələyə Rusiyanın nöqteyi-nəzərindən baxılsa o zaman Moskva olduqca uğurlu saziş əldə edib. Çünki bu onun hərbi sənayesinə yeni impuls və enerji gətirəcək. Bundan başqa, 
 
Rusiyanın silahlarının bir hissəsi anbarlarda yığılıb qalmışdı, biz isə bu müddəti keçmiş silahlara görə pul ödəməli olacağıq. 
 
Burada əsas məsələlərdən biri də həmin silahların hansı hərbi şərtlər altında bizə verilməsidir.
Gəzən söz-söhbətə inansaq Ermənistanın Rusiyadan aldığı yeni silahları Dağlıq Qarabağda istifadə etməyə haqqı yoxdur. Məsələn, aprel müharibəsində erməni “Smerç”ləri işə salınmadı, çünki həmin silahlara baxan bir erməni zabitinin dediyinə görə, birbaşa Ermənistanın sərhədləri üçün təhdid yaranmamışdı. Bizim S-300 tipli köhnə raketlərimizin  Qarabağda deyil, Gorusda yerləşdirilməsinin də səbəbi elə budur”.
 
Daniel İoannisyan “İsgəndər”lər məsələsində Ermənistanda coşğu yaratmağın erkən olduğunu vurğulayıb: “Mən indi də düşünürəm ki, “İsgəndər”lər Qarabğda istifadə edilmək üçün gətirilməyib. Çünki Bakını vurmaq üçün onların Xankəndiyə və ya Əsgərana gətirilməsi lazımdır”.
 
Ermənistana verilən “İsgəndər” raketləri barədə ən “orijinal” qiyməti erməni general Seyran Saroyan söyləyib. “Biz özümüz öz “İsgəndər”lərimizdən qorxuruq, azərbaycanlılar necə qorxmasın. Bizə havayı heç nə verilməyib. Heç kim adama havayı nəsə verməz.  bu raketlərin ruslara məxsus olduğunu deyənlər araqarışdıranlardır .Biz bu barədə ehtiyac olmadığı üçün danışmırdıq. Həm də burda hərbi sirr məsələsi də var” deyə general qeyd edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.